“Zirə”nin futbolçusu Məqsəd İsayev bu mövsüm komandanın heyətindəki performansı ilə digər klubların transfer siyahısına düşüb.
Apasport.az saytına verilən məlumata görə, “Zirə” ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatan müdafiəçi “Neftçi”nin maraq dairəsindədir.
Yerli oyunçu sarıdan sıxıntı yaşayan və əlindəki alternativ siyahısını genişləndirmək istəyən “ağ-qaralar” İsayev üçün yayda hərəkətə keçəcək. İsayevin sabiq komandasına geri dönüşünün alınıb-alınmayacağı yayda dəqiqləşəcək.
Qeyd edək ki, hazırda “Zirə”nin aparıcı futbolçusu olan İsayevin klubla müqaviləsi iki ildən sonra bitəcək.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"