“Neftçi”də iki itki
07.12.2023 - 15:31
“Neftçi” Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Turan Tovuz”la keçirəcəyi oyuna hazırlığını davam etdirir.
Bakı klubundan apasport.az saytına verilən məlumata görə, bir müddətdir zədəli olan oyunçulardan İvan Brkiç hələ də fərdi hazırlığını davam etdirir.
Ata Caber isə topuğundakı burxulma səbəbi ilə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” oyunu dekabrın 10-u saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0