UEFA Konfrans Liqasına vəsiqə qazanan "Neftçi" transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub müdafiə xəttini gücləndirmək niyyətindədir.
"Ağ-qaralar" "Bresk"in futbolçusu Davi Qabriellə maraqlanır. Komandanın baş məşqçisi Yuri Vernidub sol cinah müdafiəçisinin keçidini şəxsən istəyir.
Mütəxəssis hazırda "Neftçi"nin ən problemli mövqeyinin bu hissədə olduğunu düşünür. Çalışdırıcı Mustafa Sekin çıxış etməli olduğu cinahda bəzən Andrey Ştoqrini, bəzən də Luiz Ortizi sınaqdan keçirib. Onlardan istədiyini ala bilməyən Vernidub nəticədə Davinin transferinə razılıq verib.
Qabriel hazırda Braziliyanın "Bresk" komandasında çıxış edir. O, bu mövsüm 13 matçda meydanda olub.
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB
- “Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub
- “Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB
- Millimiz Cəbəllütariqi məğlub edib - YENİLƏNİB