"Neftçi"də təmizlik işləri - legionerə qapını göstərdilər
15.04.2025 - 14:09
"Neftçi"də təmizlik işləri - legionerə qapını göstərdilər

"Neftçi"də daha bir ayrılıq yaşanacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Yeqor Boqomolski ilə yollarını ayıracaq.

Klub rəhbərliyi belaruslu hücumçu ilə bağlı yekun qərarını verib.

"Ağ-qaralar" özünü yaxşı tərəfdən göstərə bilməyən, heyətdəki yerini itirən forvarda qapını göstərib.

Futbolçunun paytaxt təmsilçisi ilə müqavilə müddəti yayda başa çatacaq və onunla yeni sözləşmə imzalanmayacaq.

Bildirilir ki, artıq Boqomolskini yaxından izləməyə başlayan klublar var. Bunların arasında Azərbaycan təmsilçiləri də yer alır.

Qeyd edək ki, Yeqor 2022-ci ilin yayından "Neftçi"də çıxış edir.