![“Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu](https://ww3.apasport.az/storage/news/2025/february/12/big/67ac864e04e5167ac864e04e52173935982267ac864e04e4467ac864e04e50.jpeg)
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” İOEUGFMPHŞ - “Neftçi” oyununda baş verən hadisənin günahkarları cəzalandırılıb.
Qalmaqallı görüşdə yaşananları müzakirə edən qurum hadisələrə hüquqi qiymət verib.
Oyunun 69-cu dəqiqəsində “Masallı” PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirərək xəsarət yetirib. Xəlilov 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
Bu matçda təhlükəsizlik təmin edilmədiyinə görə “Vətən” komandası müstəsna hal olaraq 500 manat cərimələnib.
69-cu dəqiqədə “Neftçi” PFK-nın rəsmisi Rəşad Hüseynov “Masallı” PFK-da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilovu vurduğuna görə 10 oyun cəzalandırılıb.
Baş verən insidentlə bağlı hər iki komandanın rəhbərliyinə daxili nizam qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, qarşılaşmadan sonra adı uzun müddət açıqlanmayan Abdulla Xəlilovun “Vətən”in inzibatçısı olduğu iddia olunurdu.
- AFFA “Neftçi”, “Zirə”, “Səbail” və “Kəpəz”i cərimələdi
- Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
- Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən beynəlxalq turnirdə
- "Neftçi" - "Qarabağ" matçının premium tribuna biletləri satışda