"Neftçi"nin hücumçusunun cəzası bəlli oldu
03.03.2025 - 14:45
"Neftçi"nin hücumçusunun cəzası bəlli oldu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaq Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları müzakirə olunub.

"Neftçi" - "Kəpəz" matçında qırmızı vərəqə ilə cəzalandırılan Bassalu Sambunun durumuna da aydınlıq gəlib. "Ağ-qaralar"ın hücumçusu komandasına 2 matçda kömək edə bilməyəcək.

Həmçinin onun klubu da 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.