"Neftçi"nin istədiyi sabiq "Sumqayıt"lı Meksika klubunda
04.03.2025 - 15:11

"Sumqayıt"dan ayrılan Cordan Rezabalanın yeni ünvanı müəyyənləşib.
Apasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Meksika təmsilçilərindən “Dorados de Sinaloa”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov da sabiq futbolçusunu sərəncamında görmək istəyirdi (oxu).
Qeyd edək ki, Cordan Rezabala 2024-cü ilin əvvəlindən bu ilin fevralına qədər "Sumqayıt"ın formasını geyinib.
0
0