"Neftçi"nin qapıçısı 2 oyunluq cəzalanıb
19.03.2025 - 15:58

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, "Neftçi-2"nin qolkiperi Rəvan Kazımov 2 oyunluq cəzalandırılıb.
Buna Əvəzedicilər liqasının XXVII turunun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının qapıçısının təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
“Neftçi-2” komandası isə 200 manat cərimələnib.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"
0
0