Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirində V turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov yenə uğursuz nəticə ilə yadda qalıb.
Qrossmeyster Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız VI turda Hindistanın digər təmsilçisi Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.
Yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.
Qeyd edək ki, Nicat Abasov 1,5 xalla 7-8-ci yerləri bölüşdürür. Cədvələ 3,5 xalla Yan Nepomnyaşi (FIDE) və Dommaracu Qukeş şərikli liderlik edirlər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”