İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) 1/8 finala yüksəlib.
İkiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib. Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.
Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”