Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 54 kişi idman gimnastı arasında çoxnövçülükdə gedən mübarizədə əzmkar çıxışları ilə fərqlənən təmsilçimiz Səməd Məmmədli 77,931 xalla sıralamada 7-ci yeri tutub.
Kişi gimnastları arasında digər idmançımız 6 alətdə göstərdiyi nəticələrə əsasən ümumilikdə 74,032 xalla 21-ci pillədə qərarlaşıb.
Qadın idman gimnastlarının təsnifat yarışlarında isə Samirə Qəhrəmanova çoxnövçülükdə 43,665 xal toplayaraq, 41 gimnast arasında 28-ci olub.
Qaydalara əsasən həm kişi, həm də qadın idman gimnastları arasında hər ölkədən yalnız 1 nəfər olmaqla ən yaxşı nəticəni toplamış 17 gimnast oktyabrın 6-18-də Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə edirlər. İlkin hesablamalara əsasən təmsilçimiz Səməd Məmmədli də ölkəmiz üçün bu Oyunlara vəsiqəni təmin edib.
Lakin lisenziyaların təyin olunması haqda rəsmi məlumatın bu həftə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb