Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında “Qarabağ”a böyükhesablı məğlubiyyət (0:3) “Olimpiakos” azarkeşlərini qəzəbləndirib.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, “Georgios Karaiskakis” stadionuna toplaşan fanatlar matçın sonlarından etibarən yerli komandaya kəskin narazılıqlarını bildirməyə başlayıb.
“Qarabağ”ın 3-cü qolundan sonra fanatlar “Başqa “Olimpiakos” arzulayırıq”, “Formalarınızı çıxarın, gedin buradan” kimi şüarlar səsləndiriblər. Final fitinin ardından isə arenada azarkeşlər arasında gərginlik yaşanıb, bu isə xaosun yaranmasına yol açıb.
Qeyd edək ki, “Olimpiakos” azarkeşləri matçdan əvvəl də tribunada “Qarabağ” azarkeşlərinə hücum çəkmiş, polislərin müdaxiləsindən sonra sakitləşmişdilər.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək