Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunda “Olimpiakos” azarkeşləri UEFA-nın qərarına əməl etməyəcək.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, qarşılaşmadan əvvəl baş tutacaq bir dəqiqəlik sükut zamanı azarkeşlər bunu fitə basacaq.
Buna səbəb matçda bəzi tribunalara azarkeşlərin buraxılmamasıdır. UEFA-nın bu qərarına etirazını bildirən “Qapı 7” fan-klubu bəyanat yayaraq, UEFA-nı ədalətsiz qurum adlandırıb. Onlar İndoneziyada baş vermiş faciədə həlak olanların xatirəsini 174-cü saniyədə alqışla yad edəcəklərini yayıblar.
Qeyd edək ki, sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək