Osimhen üçün "Qalatasaray"a rəqib: Ərəblərdən təklif var
14.03.2025 - 12:32
Osimhen üçün "Qalatasaray"a rəqib: Ərəblərdən təklif var

Osimhen Səudiyyə Ərəbistanı yolunda

"Napoli"nin "Qalatasaray"da icarə əsasında çıxış edən hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Əl-Hilal" 26 yaşlı nigeriyalı forvardın xidmətində maraqlıdır.

Klub nümayəndələri artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıblar.

"Əl-Hilal"ın Osimhen üçün ödəyəcəyi məbləğ nə qədərdir?

Səudiyyə Ərəbistanı klubu Osimhen üçün nəzərdə tutulan 75 milyon avroluq məbləği ödəyərək müqavilədə qeyd olunan transfer hüququndan yararlanmaq istəyir.

Osimhen bu mövsüm "Qalatasaray"da neçə qol vurub? 

Qeyd edək ki, bu mövsüm hücumçu "Qalatasaray"ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.