Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar.
Apasport.az xəbər verir ki, bunu Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
7-ci dəfə təşkil edilən yarışda debüt edən milli 7 idman növündə 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.
Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11) qızıl, Orxan Cəfərov (parataekvondo, K44, 80 kq), Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) gümüş, Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, turnirdə 33 ölkədən 700-ə yaxın idmançı mübarizə aparıb. Azərbaycanı yarışda 17 idmançı təmsil edib.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib