Parataekvondoçularımız İran səfərində
18.02.2024 - 23:05
Parataekvondoçularımız prezident kubokunda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, fevralın 20-də İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək.
Yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) iştirak edəcək.
Qeyd edək ki, parataekvondoçularımızın hamısı K-44 kateqoriyasında mübarizə aparacaq.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0