Parataekvondoçularımız Qran-pri və dünya çempionatında mübarizə aparacaq
18.09.2023 - 16:22
Sentyabrın 19-da Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçiriləcək.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Baş məşqçi Fərid Tağızadə turnirdə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərliyə (80 kq) şans verəcək. Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Eyni heyət ardınca eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0