Azərbaycan avarçəkəni Diana Dımçenkonun Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, akademik avarçəkmədə qadınların fərdi yarışında 1/4 final mərhələsi iyulun 30-da baş tutacaq.
Diana mübarizəyə 3-cü qrupda qoşulacaq. O, birinci zolaqda avar çəkəcək.
Təmsilçimizin Aureliya-Maksima Katarina Yanzen (İsveçrə), Emma Tviq (Yeni Zelandiya), Virciniya Dias Rivas (İspaniya), Yovana Arsiç (Serbiya) və Coani Delqado (Filippin) olacaq. İlk üç yerin sahibi A/B yarımfinalına vəsiqə qazanacaq. Digər üç olimpiyaçı C/D yarımfinalına qatılacaq.
Qeyd edək ki, A/B yarımfinalları avqustun 1-də, C/D yarımfinalları iyulun 31-də baş tutacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”