Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, 100 metr məsafəyə qaçışda çempion olan paraatletimiz Lamiyə Vəliyeva (T13 kateqoriyası) növbəti medalını qazana bilər.
O, bu gün 400 metr məsafədə bacarığını göstərəcək.
Bu gün Azərbaycanın daha beş təmsilçisi turnirdə çıxış edəcək. Digər paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada mükafatçılar sırasına düşməyə cəhd göstərəcək.
Paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kq), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kq) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) uğur qazanmağa çalışacaqlar.
Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal əldə edə bilər. O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışacaq.
Qeyd edək ki, paraatletika yarışlarına saat 12:00-da, cüdoya 11:30-da start veriləcək. Üzgüçülük üzrə təsnifat mərhələsi isə saat 12:47-də başlayacaq.
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO