
Peşəkar Futbol Liqası bu gün Azərbaycan Kubokunda, həmçinin I Liqa, II Liqa və Əvəzedicilər Liqasında baş tutacaq oyunların təxirə salınıb-salınmayacağı ilə bağlı bəyanat yayıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib.
"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, I Liqa, II Liqa və Əvəzedicilər Liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək".
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Premyer Liqa: 3 turun proqramı müəyyənləşib
- "Turan Tovuz"dan növbəti transfer həmləsi - EKSKLÜZİV
- "Zirə" düşərgəsində şad xəbər - YARIMMÜDAFİƏÇİ KOMANDAYA QAYITDI