PFL rəsmisi Konfrans Liqası matçında
26.02.2025 - 17:13
PFL rəsmisi Konfrans Liqası matçında

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.

Apasport.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsində Yunanıstanda yerli "Panatinaikos" və İtaliyanın "Fiorentina" komandaları arasında keçiriləcək oyunda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 6-da baş tutacaq.