Misli Premyer Liqasının XVI turunda 19 qol vurulub.
Apasport.az xəbər verir ki, “Sumqayıt” – “Qarabağ” oyununda (1:6) yeddi, “Neftçi” – “Turan Tovuz” matçında (3:2) beş, “Sabah” – “Səbail” görüşündə (4:0) dörd, “Qəbələ” – “Kəpəz” qarşılaşmasında (0:3) üç qol qeydə alınıb. Yalnız “Zirə” ilə “Araz-Naxçıvan”ın dueli qolsuz bitib.
Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bu, həm 2023/24 mövsümünün, həm də son iki ilin rekordunun təkrarıdır. Cari çempionatın X turunda da 19 qol vurulub. Oktyabrın 20-22-dəki matçların orta məhsuldarlığı 3,80-ə bərabərdir.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 25 ay əvvəl təsadüf olunub. 2021/22 mövsümünün X turunda 4 oyunda 17 qol vurulub. 2021-ci il noyabrın 6-7-dəki matçların orta göstəricisi 4,25-ə bərabər olub.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ