Premyer Liqada növbəti rekord - Bu dəfə “Neftçi”dən
28.04.2026 - 11:01
Misli Premyer Liqasının XXIX turunun “Neftçi” – “Qarabağ” oyununu 9500 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, bu, Bakı klubunun Premyer Liqadakı ev matçlarında son 15 mövsümün ən yüksək göstəricisidir.
“Ağ-qaralar”ın meydanında daha çox izləyici sonuncu dəfə 2010/11 mövsümündə qeyd alınıb. 2011-ci il fevralın 13-də “Xəzər Lənkəran”la Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmanı (0:0) 10 min seyrçi izləyib.
Qeyd edək ki, “Palms Sports Arena”dakı görüşdə qonaqlar qalib gəlib – 5:1.
0
0