Premyer Liqa: “Siti” “Brayton”la bacarmadı
01.11.2026 - 02:14
Premyer Liqa: “Siti” “Brayton”la bacarmadı

İngiltərə Premyer Liqasında IX tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma keçirilib.

“Mançester Siti” doğma meydanda “Brayton”la üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Ev sahibləri rəqibinə 0:1 hesabı ilə uduzub.

Günün digər oyunlarında “Tottenhem” “Kristal Pelas”, “Bornmut” “Lids”, “Brentford” isə “Nottingem Forest” üzərində 2:0 hesablı qələbə qazanıb.

Qalan matçlarda “Koventri” “Sanderlend”i 3:1 hesabı ilə üstələyib. “Hall Siti” – “İpsviç” və “Aston Villa” – “Fulhem” görüşləri isə müvafiq olaraq 2:2 və 1:1 hesabları ilə başa çatıb.