Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
APA xəbər verir ki, dövlətimizin başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd edib.
Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışıb, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğulayıb, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxunub.
Dövlətimizin başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirib.
Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd edib və uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar