Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək
21.05.2023 - 16:38
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
0
0