Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi olacaq şahmatçı 6000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaq.
Çempionatın baş hakimi İnara Topçiyevadı. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçığı ilə keçirilir.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək