Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası hazırlığını ölkə xaricində davam etdirəcək.
Apasport.az xəbər verir ki, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.
Qarşıdakı mötəbər yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıqda 7 taekvondoçumuz iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.
Bu gün Cənubi Koreyaya yollanan komandamız Vətənə fevralın 28-də dönəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib