"Qalatasaray"ın sabiq futbolçusu klubunu dəyişib
15.01.2026 - 17:55
"Qalatasaray"ın sabiq futbolçusu klubunu dəyişib

"Qalatasaray"ın sabiq futbolçusu Yunes Belhanda Qətərdə klubunu dəyişib.

Apasport.az xəbər verir ki, "Əl-Şamal"dan ayrılan mərakeşli yarımmüdafiəçi "Əs-Sayliya"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı oyunçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yunes Belhanda karyerası ərzində "Monpelye", "Dinamo", "Şalke", "Nitsa" və "Adana Demirspor"da da oynayıb.