"Qarabağ" 1/4 finalda - YENİLƏNİB
03.12.2025 - 21:04
"Qarabağ" 1/4 finalda - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində daha bir qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Saat 19:00-da "Azersun Arena"da start götürən matçda gülən tərəf "köhlən atlar" olub: 3:0.

Son 10 dəqiqədə Nərimanın dublu və Elvin Yunuszadənin avtoqolu "Qarabağ"a turu gətirib. 

"Qarabağ"  növbəti raundda "Baku Sportinq"i məğlub edən "Şamaxı"yla qarşılaşacaq. 

Azərbaycan Kuboku
1/8 final mərhələsi

3 dekabr

19:00 Qarabağ – Karvan-Yevlax 3:0
Azersun Arena