Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq “Qarabağ” yubiley qələbəsini qazana bilər.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu avrokuboklarda 25-ci səfər qələbəsinin astanasındadır.
Təmsilçimiz indiyədək 24 səfər matçında qalib gəlib. Avropa səhnəsinə 1996-cı ildə çıxan “Qarabağ” 26 ildə 75 oyun keçirib.
24 qələbə və 17 heç-heçəsi olan komanda 34 dəfə uduzub. Rəqib qapılarından 73 top keçirən “Qarabağ” 111 qol buraxıb. Yunanıstanda 2 qol vuracağı halda təmsilçimiz 75-ci səfər qoluna sevinəcək.
Qeyd edək ki, oktyabrın 6-dakı “Olimpiakos” – “Qarabağ” matçı Pireydə keçiriləcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək