"Qarabağ" - "Ayntraxt" oyununun hakimləri açıqlanıb
19.01.2026 - 13:15
"Qarabağ" - "Ayntraxt" oyununun hakimləri açıqlanıb

Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

Apasport.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Scharer olacaq. Ona həmyerliləri Stephane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndrich əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.