
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, martın 15-də Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən AFFA-nın müraciəti əsasında PFL bu barədə qərar çıxarıb.
PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:
Misli Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə 35-ci turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin. Matç saat 17:00-da start götürəcək.
- "Qarabağ" Duran transferini rəsmən açıqladı
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ