Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” (Norveç) klubunun qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
İlk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq sabah – noyabrın 28-də “Azersun Arena”da baş tutacaq. Hazırlıq prosesi saat 18:30-da başlayacaq.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı Norveçdə baş tutacaq. Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da “Molde” stadionunda keçiriləcək “Molde” – “Qarabağ” matçı yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) start götürəcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ