“Qarabağ” yay transfer pəncərəsinin sonunda transfer etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu klubun baş məşqçisi Qurban Qurbanov deyib.
O, Misli Premyer Liqasının “Kəpəz”lə oyunundan sonrakı açıqlamasında bildirib ki, yeni oyunçu keçidi baş tutmayıb: “Transfer üçün son bir ayda aktiv çalışırdıq. Çox danışıqlar getdi. Alınmadı. Üç, hətta dörd futbolçu ilə danışıqlar gedirdi. Amma heç birinin keçidi baş alınmadı. Tam istədiyimizi əldə edə bilmədik. İnanın ki, bu gün oyuna gələnədək həm matça hazırlaşırdım, həm də transfer məsələləri ilə məşğul olurdum. Hətta son dəqiqələrə kimi futbolçuya baxır, danışıqlar aparırdıq. Boş durmurduq. Alınmadı. Bu o demək deyil ki, biz Avropa Liqasının qrupuna tam ümidsiz gedirik. Azarkeşlərimizi sevindirməyə, yaxşı mübarizə aparmağa maksimum çalışacağıq. Bu gün neqativ yanaşsaq, futbolçularım inamsız da ola bilər. Buna görə oyunçularıma güvənirəm. Hətta keçən il əlimdə 15-16 futbolçu vardı. Onlara güvəndim, onlarla irəlilədim. Bu gün də əlimizdə olanlar bunlardırsa, düzgün işləməyə çalışacağıq. Əlbəttə, 2 mövqeyə futbolçu istəyirdim. Alınmadı. Ola bilər qışda alınsın, yaxud yayda baş tutsun".
- Şəhid jurnalistlərin xatirəsinə həsr edilən V minifutbol turniri start götürüb
- Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
- Mahir Emreli: “Sabah yaxşı nəticə qazanacağımıza inanırıq”
- Ayxan Abbasov: “Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır”
- Rəşad Eyyubov: “Çox ağır oyun keçirdik”