“Qəbələ” I Liqa klubu ilə qarşılaşıb
27.09.2026 - 19:41
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.
Apasport.az xəbər verir ki, "qırmızı-qaralar" I Liqa təmsilçisi "Karvan-Yevlax"la qarşılaşıb.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"ın qonağı olacaq.
0
0