“Qarabağ” “Zirə”ni məğlub edib
03.10.2026 - 23:09
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığını davam etdirən “Qarabağ” və “Zirə” yoxlama oyununda qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş “Azersun Arena”nın məşq meydançasında baş tutub.
Matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ”ın heyətində Aleksey Kaşuk (2) və Zakaria Savo fərqlənib. “Zirə”nin yeganə qolunu isə Dameyn Smit vurub.
0
0