
"Qarabağ" daha bir legioneri ilə yollarını ayıracaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub mövsümün sonunda Marko Veşoviçlə vidalaşacaq.
Tərəflər arasında hazırkı müqavilə mövsümün sonunda başa çatacaq. Buna baxmayaraq, "Qarabağ" monteneqrolu ilə razılığa gələ bilmir.
Ağdam təmsilçisi ona yeni sözləşmə təklif etməyi planlaşdırsa da, futbolçu maaşının artırılmasını tələb edib.
"Köhlən atlar" isə onun istədiyi məbləği ödəmək niyyətində deyil.
Veşoviçin xidmətində Avropa və Asiya klubları maraqlıdır. Arxa xətt oyunçusu "Qarabağ"da istədiyi maaşı almasa, həmin variantları dəyərləndirəcək.
Qeyd edək ki, Marko 2021-ci ilin yayından Ağdam klubunun şərəfini qoruyur.