
“Qarabağ”da daha bir ayrılıq yaşanmaq üzrədir.
Apasport.az saytına verilən məlumata görə, komandanın gənc qapıçısı Sadiq Məmmədzadənin yenidən “İMT Belqrad”a keçidi gündəmə gəlib.
"Qarabağ"ın futbolçusu Serbiya klubuna transfer olunur?
Əslində, qolkiper daha əvvəl Serbiya klubunun U-19 komandasında baxışda olub. Lakin məşqçilər korpusu tərəfindən bəyənilməyib.
Amma ona yayda elə bu komandada oynamaq təklif edilib. Maliyyə şərtləri çox aşağı olduğu üçün Məmmədzadənin Serbiyaya keçidinin baş tutmayacağı gözlənilirdi.
"Qarabağ"ın qapıçısı karyerasına Avropada davam edəcək?
Saytımıza daxil olan məlumata görə, Serbiya Super Liqasında yarışan klub Məmmədzadənin potensialına etibar etdiyi üçün ona öncəkindən daha yaxşı təklif irəli sürüb. Lakin bu təklif istənilən halda Məmmədzadəni razı salmalıdır.
"Qarabağ" isə gənc qapıçının gələcək perspektivini nəzərə alaraq, onun Serbiya klubuna keçidinə problem yaratmayacaq. Təbii ki, bu, "İMT Belqrad"ın Sadiqi razı salıb-salmamasından asılı olacaq.
Sadiq Məmmədzadə nə zaman "Qarabağ"a qoşulub?
18 yaşlı qapıçı “Səbail”in yetirməsidir. O, "dənizçilər"in akademiyasından əsas komandaya yüksəlib. Bu mövsümün əvvəlində isə “Qarabağ”a keçib.