"Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
11.03.2025 - 18:55
"Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"

"Qaradağ Lökbatan"ın futbolçusu Şahin Belajei apasport.az saytına müsahibə verib. 

- MOİK ilə keçirdiyiniz oyunla bağlı fikirləriniz...
- İlk olaraq onu qeyd etmək istərdim ki, MOİK pis komanda deyil. Lakin son pillədə olmağımıza baxmayaraq, meydanda qarşılaşdığımız bütün rəqiblərə qarşı üstünlük qurmağı bacarırıq. Mən Azərbaycanda, Türkiyədə futbol oynamış biriyəm, amma belə bir hakim səhvi ilə heç yerdə rastlaşmamışam. Əgər bizim lehimizə verilməyən penalti epizodu düzgün qərardırsa, mən, 34 yaşlı Şahin futbolu buraxıram. Bizim komandanı gözdən salmağa, uduzdurmağa çalışırlar. Əgər bizimlə bir problemləri varsa, desinlər, biz də bilək. Oyun ərzində üstün tərəf biz idik. İlk hissədə 3 dəqiq epizodu əlimizdən qaçırdıq. 

- Ümumiyyətlə qapınıza təyin olunan penalti epizodunda hər şeyin bitdiyini düşündünüz?
- Mən meydanı tərk etmişdim. Lakin qol olmaması bizi sevindirdi. 3 xal da qazana bilərdik.

- 1 aydır komanda qələbə qazana bilmir. Sizcə bunun səbəbi nədir?
- Bu görüşü qalib başa vura bilərdik. Mən yalnız hakimdən çox narazıyam. Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm. Biz bütün həftəni liqa oyunu üçün hazırlaşdıq, çalışdıq, lakin hakimin yalnış qərarına görə biz qələbəni əldən verdik.

Qeyd edək ki, I Liqanın XVII turunun MOİK – “Qaradağ Lökbatan” oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.