“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
28.01.2026 - 15:58
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda

“Qəbələ”dən ayrılan Elşad Tağıyevin yeni klubu məlum olub.

Apasport.az xəbər verir ki, hücumçu “Baku Sportinq”lə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Baku Sportinq” I Liqada 25 xalla 2-ci sıradadır.