Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 34 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin də qərarlaşdığı pillə bəlli olub.
Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1-1-1) qapayıb.
Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib