Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-priyə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan yığmasının 4 idmançısı tatamiyə çıxıb.
1/32 finaldan mübarizəyə qoşulan həmyerlilərimiz mükafat qazana bilməyiblər. Belə ki, cüdoçularımızdan ən yaxşı nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda yarışla vidalaşıb. O, Çaba Saba (Macarıstan) və Qanbat Boldbaatara (Monqolustan) qalib gəlsə də, Rüstəm İbrayevlə (Qazaxıstan) bacarmayıb.
Hüseynovla eyni çəkidə qüvvəsini sınayan Vüqar Şirinli də Qran-priyə qələbə ilə başlayıb. Lakin idmançımız Mutaz Xavjahla (Səudiyyə Ərəbistanı) döyüşdən üstün ayrılsa da, ardınca Tornike Tsjakadoeaya (Hollandiya) uduzub.
66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərovla Nicat Şıxəlizadə isə startdaca yarışa vida ediblər. Onlar müvafiq olaraq, Kennet Van Qansbek (Belçika) və Elios Manzi (İtaliya) ilə dueldən məğlub ayrılıblar.
Qeyd edək ki, Azərbaycan yığmasının digər 7 idmançısı qarşıdakı 2 gündə yarışa qoşulacaq.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ