Azərbaycan güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub.
Apasport.az saytının məlumatına görə, 72 kq çəkidə çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gəlib.
Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Qurban sonadək üstünlüyünü qoruyub və 8:2 hesablı qələbəylə dünya çempionu tituluna yiyələnib.
Digər güləşçimiz Nihat Məmmədli (60 kq) isə finalda türkiyəli Kerem Kamala məğlub olaraq (0:8) gümüş medal qazanıb.
Beləliklə, dünya çempionatına 6 idmançıyla yollanan yunan-Roma güləşi üzrə milli mundialı 1 qızıl və 2 gümüş medalla başa vurub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib