Ramil Orucov mükafatlandırılıb
10.04.2025 - 17:24
Ramil Orucov mükafatlandırılıb

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, MOİK klubunun futbolçusuna mükafatı XXI turun Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.

Qeyd edək ki, davam edən görüşdə 1:1 hesablı heç-heçə qeydə alınır.