“Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir
30.09.2026 - 15:29
“Real”ın yeni hədəfi – Van Daykı pulsuz transfer etmək istəyir

Madrid “Real”ı müdafiə xəttini gücləndirmək üçün “Liverpul”un kapitanı Vircil van Daykı transfer etməyi nəzərdən keçirir.

Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi 35 yaşlı niderlandlı mərkəz müdafiəçisinin “Liverpul”dakı müqavilə vəziyyətini yaxından izləyir. Van Daykın İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Hazırda ona yeni müqavilə təklif edilmədiyi bildirilir.

“Real” futbolçunu mövsümün sonunda azad agent statusu ilə almaq istəyir. “Kral klubu”nun müdafiəçinin “Liverpul”la mümkün müqavilə danışıqlarının nəticəsindən asılı olaraq konkret addım ata biləcəyi qeyd olunur.

Qeyd edək ki, Van Daykla “Milan”, “İnter Mayami”nin də maraqlandığı iddia edilir.