Rəşad Sadıqov: “Qapımıza zərbə olmadan penalti təyin edildi”
26.10.2024 - 18:07
Rəşad Sadıqov: “Qapımıza zərbə olmadan penalti təyin edildi”

Misli Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" - "Zirə" matçından (1:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Elə olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Qismət. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. 1:1-dən sonra da hücum edən tərəf idi. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə matçda bir xal da pis nəticə deyil".

- Fuad Bayramov oyun ərzində sizi narazı salırdı. Hansı məqamlar idi?
- Mübarizə aparırdı. Topla oyunda itkiləri var idi. Uzun müddətdir ki, oynamırdı. Ola bilsin ki, oyun ritmindən də düşüb. İstəkli idi. Sadəcə topla daha yaxşı olmalı idi. 

- Penalti epizodunu necə şərh edəcəksiz?
- Niyə narazı qaldım? Ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm. 

- Üç turdur ki, qələbə qazana bilmirsiz. Avrokuboklardan qalan yorğunluq var, yoxsa nədir məsələ?
- Bu oyunları necə keçirmişik? "Turan Tovuz"un qapısı qarşısında 6 epizodumuz var idi. Bu gün qələbəyə daha yaxın tərəf biz idik, sonda absurd qol buraxdıq. Sadəcə bu turlarda rəqiblərlə müqayisədə  rəqiblər daha uğurludur. Rəqiblər cərimə meydançasından dabanla qol vurur. 90-cı dəqiqədə qol buraxırıq. Bu tip hadisələri keçən il də yaşamışıq. Təcrübəmiz var. Səbirli olmalıyıq. "Turan Tovuz"dan daha yaxşı oynayırdıq, "Sabah"la da başabaş oynadıq. Oyun baxımından problemimz yoxdur. Oyunumuzu inkişaf etdirməliyik.

1