
Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 cüdoçusu tatamiyə çıxıb.
Onlardan Rəşid Məmmədəliyev finaladək irəliləyib və komandamızın aktivinə ilk medalı yazdırıb.
"Böyük Dəbilqə"
Kişilər
73 kq
Vüsal Qələndərzadə 1/32 final çərçivəsində Keysey Nakano (Filippin) ilə üz-üzə gəlib. Qələbə qazanan milli üzvü növbəti görüşündə Kiprianos Andreouya (Kipr) uduzub.
Rəşid Məmmədəliyev yarışa uğurla başlayıb. Ardıcıl olaraq, Mark Xristov (Bolqarıstan), Koen Heq (Niderland), Bayram Kandemir (Türkiyə) və Şaxram Axmadovu (Özbəkistan) məğlub edərək, yarımfinala yüksəlib. O, bu mərhələdə yerli Umalt Demireli (Türkiyə) sınağa çəkib və rəqibini məğlub edib. Məmmədəliyev qızıl medal döyüşündə moldovalı Adil Osmanovla güləşib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Cüdoçumuz gümüş medala yiyələnib.
83 kq
Ömər Rəcəblinin (81 kq) startda məğlubiyyətə üzülüb. O, Joao Fernando (Portuqaliya) ilə bacarmayıb.
Qeyd edək ki, cüdoçularımızdan ilk gündə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medal qazana bilməyib. Yığmamız yarışa 9 idmançı ilə yollanıb.
- III MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə aparılacaq
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib