![Riçard Almeydadan Qurban Qurbanova: "Sən mənim ikinci atamsan"](https://ww3.apasport.az/storage/news/2025/february/12/big/67aca904ed7ee67aca904ed7ef173936870867aca904ed7d667aca904ed7ed.jpg)
Daha öncə xəbər verdiyimiz kimi, Riçard Almeyda "Qarabağ"dan ayrılıb.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu gün vida paylaşımı edib.
O, Qurban Qurbanova minnətdar olduğunu söyləyib: “Əvvəlcə Allaha və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm. Mənə həyatda çox şey öyrədən bu insanın (red. Qurban Qurbanov) yolunda məni hidayət etdiyi üçün Allaha şükürlər olsun. Təvazökar insan, sadə olmağı, pula önəm verməməyi və mənə əsl döyüşçü olmağı öyrətdi. Buna görə də, hoca Qurban Qurbanov, bu ithafı sizə böyük sevinclə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm. Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi... Tanrı bilir ki, mənim ikinci atamsan! Mən səni sonsuza qədər sevəcəm, çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən!! Mən artıq sənin üçün darıxıram, atam”.
Qeyd edək ki, Riçard 2012-18, 2019 və 2021-25-ci illərdə “Qarabağ”da çıxış edib. O, 376 oyunda 64 qol vurub. Almeyda 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.