Rövşən Hüseynli millidən ayrıldı
06.03.2025 - 14:31

Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Millimizin FİFA reytinqindəki mövqeyi dəyişməyib
- Elçin Məsiyev: “Bu, bizə güvəndiklərini göstərir”
- İstanbula səfər edən “Reyncers” azarkeşi yol qəzasında vəfat edib
- Nərgiz Qurbanova: “Oyunların Bakıda keçirilməsi bizim üçün əlavə stimuldur”
- Donald Gerye: "Karyeramı Azərbaycanda başa vurmaq istəyirəm"
0
0